İki stansiya, 120 mindən çox sərnişin...

05.10.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu ilin sentyabr ayında sərnişinlər metro ilə 14 milyondan çox səfər ediblər.

Bakıvaxtı.az bu barədə "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir.

Sentyabrın 23-dən müvəqqəti olaraq ödənişsiz xidmət göstərən “Xocəsən” və “Avtovağzal” stansiyalarından ay sonuna qədər ümumilikdə 120 336 sərnişin istifadə edib.

Ayın lideri 1 474 403 sərnişinlə “28 May” stansiyası olub. 21 sentyabrda 638 613 nəfər olmaqla ayın ən çox sərnişini daşınıb.

Formula 1-in keçirildiyi günlərdə adi günlərlə müqayisədə “İçərişəhər”dən 12 min, “28 May”dan isə 13 min nəfərə yaxın daha çox sərnişin istifadə edib.

Qeyd edək ki, ötən ay NFC və QR bilet vasitəsilə ümumilikdə 7 662 936 ödəniş həyata keçirilib. Bu göstərici ay ərzində metrodan ödənişli istifadə edən sərnişinlərin 54, 42 %-ni təşkil edib və avqust ayı ilə müqayisədə 1 % artıb.

“Əlçatan metro” xidmətindən 112 sərnişin yararlanıb. Bu göstərici avqust ayı ilə müqayisədə 41,77 % artıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью