İki tanınmış futbolçu İnteri tərk edir

18.11.2024

Icma.az, sport24.az saytına istinadən bildirir.

İki tanınmış futbolçu "İnter"i azad agent statusunda tərk edəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Bunlar Marko Arnautoviç və Xoakin Korreadır.

Hər iki oyunçunun müqaviləsinin müddəti 2025-ci ilin iyununda bitəcək. Milan təmsilçisi futbolçularla yeni müqavilə imzalamağı planlaşdırmır. 

Qeyd edək ki, Marko Arnautoviç bu mövsüm "İnter"in heyətində 6 oyuna çıxaraq 1 qol vurub. Xoakin Korrea isə 3 matçda iştirak edib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью