Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Suriyada şübhəli avtomobildən açılan atəş nəticəsində iki təhlükəsizlik işçisi həlak olub.
Reyting.az xəbər verir ki, təhlükəsizlik qüvvələri Tartus vilayətində yol kənarında dayanmış şübhəli avtomobilə baxış keçirmək istəyirmişlər.
Məlumata görə, daxili təhlükəsizlik patrulu şəhərdə şübhəli avtomobil görüb və araşdırma aparmaq üçün avtomobilə yaxınlaşıb. Bu zaman avtomobildə olan şəxslər zabitlərə atəş açıblar.
Hadisə nəticəsində iki mühafizəçinin öldüyü, avtomobildə olan naməlum silahlı şəxslərin ərazidən qaçdığı, hücum edənlərin tutulması üçün əməliyyata başlanıldığı bildirilib.
V. QULİYEV