İki təklif rədd edildi, üçüncüsü hazırlanır

25.08.2026

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İki təklif rədd edildi, üçüncüsü hazırlanır

“Liverpul” “Brayton”un vingeri Yankuba Mintenin transferi üçün üçüncü təklifini hazırlayır.

QOL.az xəbər verir ki, “Liverpool Echo” nəşrinin məlumatına görə, mersisaydlıların futbolçu üçün etdiyi 50 və 60 milyon funt sterlinqlik əvvəlki iki təklif “Brayton” tərəfindən rədd edilib.

Klub 21 yaşlı futbolçunun transferi üçün 70 milyon funt sterlinqdən artıq məbləğ tələb edir.

Qeyd edək ki, Minter ötən mövsüm bütün turnirlərdə 36 oyunda meydana çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun “Brayton”la müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” futbolçunun bazar dəyərini 45 milyon avro qiymətləndirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью