İki tondan çox nəşə kolu yandırılıb

16.07.2025

Icma.az bildirir, Ayna saytına əsaslanaraq.

Yabanı halda bitən 2,2 ton çəkidə 1527 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlər nəticəsində ötən gün ümumi çəkisi 11,8 kiloqramdan artıq narkotik vasitə götürülüb, yabanı halda bitən 2,2 ton çəkidə 1527 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat daxil olub.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью