İki Toyota” toqquşdu 7 nəfər yaralandı VİDEO

13.07.2026

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyanın İrkutsk vilayətinin Usolye-Sibirskoye şəhərində 7 nəfərin, o cümlədən 3 uşağın yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, "Toyota Corolla" markalı avtomobilin sürücüsü idarəetməni itirərək eyni markalı digər bir avtomobillə toqquşub. Zərbənin gücündən birinci nəqliyyat vasitəsi sürüklənərək yaxınlıqdakı "Kia Rio" markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alanlar arasında 4, 10 və 11 yaşlı uşaqlar da var. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır, qəzanın dəqiq səbəbləri müəyyənləşdirilir.

Namiq Musayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью