İki türk ölkəsi arasında yeni dəmir yol xətti çəkilir

03.01.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Qazaxıstan və Özbəkistanı 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılan yeni dəmir yolu xətti birləşdirəcək.

Axar.az xəbər verir ki, bu barədə “Qazaxıstan Dəmir Yolları” QSC-nin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, layihə ölkələr arasında ixrac daşımalarının həcmini artırmaq məqsədi daşıyır.

Yeni dəmir yolu xəttinin tikintisi yüklərin mövcud Sarıağaş-Daşkənd hissəsindən yeni xəttə yönləndirilməsinə, Sarıağaş stansiyasında sıxlığın aradan qaldırılmasına və Özbəkistana ixrac daşımalarının artırılmasına imkan verəcək.

“Bu günə kimi 203 kilometr uzunluğundakı dəmir yolu xəttinin təxminən 100 kilometrlik rels-şpal şəbəkəsinin quraşdırılması başa çatdırılıb”, - deyə məlumatda bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью