İki türkiyəli sahibkar İran casusu çıxdı 6 nəfər həbs olundu

28.01.2026

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və polis birgə əməliyyatı nəticəsində İranla əlaqəli casus şəbəkəsi ələ keçib.

Bakupost.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat İstanbul və digər bölgələrdə həyata keçirilib. Əməliyyat nəticəsində 6 nəfər saxlanılıb.
Rəsmi açıqlamalara görə, şəbəkə Türkiyədəki İncirlik Hava Bazası daxil olmaqla strateji obyektlər barədə kəşfiyyat məlumatları toplamaq və potensial hücum planları hazırlamaqla ittiham edilir. Şübhəlilər “siyasi və hərbi casusluq məqsədilə dövlət sirləri əldə etmək”də təqsirləndirilir.
Saxlanılanlar arasında Türkiyədəki hərbi sənaye şirkəti sahibləri Ərhan Ərgələn, Tanər Özcan, iş adamları və bir İran vətəndaşı da var. Axtarış zamanı şəbəkənin İncirlik bazasına foto video çəkmək üçün casus şəbəkəsi qurduğu və PUA tədarükləri ilə bağlı planlar hazırladığı aşkar edilib.
Məhkəmə onların mühakimə olunması üçün İstanbul məhkəməsinə təqdim edib. Türkiyə hakimiyyət orqanları bildirib ki, casusluqla bağlı əməliyyatlar davam edəcək.
Cavid, BakuPost
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью