Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Polşa Rusiya ilə müharibəyə başlamaq qərarına gələrsə, ən qısa müddətdə məhv ediləcək.
“AzPolitika” xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sabiq katibi və Prezident Vladimir Putinin hazırkı köməkçisi Nikolay Patruşev “Arqumentı i faktı” qəzetinə müsahibəsində deyib.
"Əgər Polşa Rusiyaya qarşı hərbi əməliyyatlara başlasa, ölkəmiz mövcud qüvvələrinin və resurslarının bütün arsenalından istifadə edəcək və Polşa dövlətçiliyi iki-üç gün ərzində mövcudluğuna son qoyacaq", - deyə Patruşev bildirib.
Onun sözlərinə görə, Polşa Xarici işlər naziri Radoslav Sikorski öz ölkəsinin hərbi üstünlüyünü elan edərkən Rusiyanın imkanlarını düzgün qiymətləndirməyib. Patruşev iddia edib ki, Rusiya Ukraynaya qarşı müharibədə öz silahlı qüvvələrinin "tam potensialından istifadə etmir”.
Qeyd edək ki, bundan öncə Sikorski Avropa İttifaqı hərbi qüvvələrinin əhəmiyyətli hava üstünlüyünü əsas gətirərək, polşalıların və onların müttəfiqlərinin Rusiya ordusu hücum edərsə, onu tez bir zamanda məğlub etmək qabiliyyətində olduğunu iddia etmişdi. Nazir həmçinin qeyd edib ki, Baltikyanı və Şimali Avropa ölkələrinin birgə müdafiə xərcləri artıq Rusiyanın hərbi büdcəsini üstələyir.
O, həmçinin NATO-nu Kalininqrad vilayəti yaxınlığında təlimlərini genişləndirməyə çağırıb. Ondan ötrü ki, Rusiya Ukraynadakı qoşunlarının bir hissəsini buraya köçürməyə məcbur olsun.
Polşanın Baş naziri Donald Tusk isə bəyan edib ki, Rusiyadan qarşıdakı həftələr və aylar ərzində çox intensiv hərbi əməliyyatlar gözləyir və bu, potensial olaraq Polşanın da ərazisini əhatə edə bilər.
“AzPolitika.info”