“İki üç günə onlar haqqında qərar veriləcək” “Karvan” legionerləri yoxlayır

23.01.2025

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mövsümün 2-ci hissəsinə hazırlaşan birinci liqa klubları yoxlama oyunu da keçirir.

“Karvan”ın baş məşqçisi Kənan Kərimovla əlaqə saxladıq:

“Yanvarın 19-da “Naftalan”la yoxlama oyunu keçirdik, 3:2 qalib gəldik. “Naftalan” yeni yaranan komandadı, hədəfi 2-ci liqaya yüksəlməkdi. Onların rəhbərliyi bizimlə yoxlama oyunu keçirmək üçün müraciət etdi. Biz də razılaşdıq. Tam üstünlüyümüz şəraitində keçən bir qarşılaşma oldu və qələbə qazandıq. Hələlik yeni transferlər yoxdu. Bəzi legionerlər var ki, baxışdadılar. İki-üç günə onlar haqqında qərar veriləcək”.


ƏSƏD SEYİDOV
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью