İki uşaq anası evində ölü tapıldı

08.01.2025

Sonxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İki uşaq anası evində ölü tapıldı

Zonguldakda iki uşaq anası evində ölü tapılıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Yenimahalle Bağlık Təpəsi küçəsində 3 mərtəbəli binanın üst mərtəbəsindəki mənzildə baş verib. Uşaqları səhər saatlarında Sevda Sevindikin çarpayısında hərəkətsiz olduğunu görüb və qonşularından kömək istəyiblər.

Vəziyyəti anlayan qonşular polis və təcili tibbi yardıma məlumat veriblər. Evə gələn həkimlərin ilk müayinəsi zamanı Sevindikin öldüyünü müəyyən edib.

Müayinədən sonra Sevindikin meyiti ölüm səbəbinin dəqiqləşməsi üçün tibbi ekspertizaya aparılıb.

İlkin ehtimala görə qadın infarkt keçirdiyi üçün dünyasını dəyişib. Lakin dəqiq nəticə tibbi ekspertizanın rəyindən sonra müəyyənləşəcək.

Faktla bağlı istintaq davam edir.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью