İki “VAZ” toqquşdu, sürücülərdən biri maşında sıxılı vəziyyətdə qaldı VİDEO

05.06.2025

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Tovuz rayonu, İbrahimhacılı kəndində yol qəzası qeydə alınıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 4-də günorta saatlarında baş verib. Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı avtomobil, 20-DH-546 dövlət nömrə nişanlı “VAZ-2106” markalı maşınla toqquşub. Qəzaya səbəb sürücülərdən birinin əks istiqamətli yola çıxması olub. Nəticədə bir-birinə çırpılan hər iki nəqliyyat vasitəsi yararsız hala düşüb. “VAZ-2106” markalı avtomobilin sürücüsü yaxınlıqda olan insanların köməyi ilə maşından çıxarılıb. Hadisə zamanı xəsarət alan olmayıb. 

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью