İki vəkil kollegiyadan çıxarıldı ADLAR

09.10.2025

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyəti yol verdikləri intizam pozuntularına görə 2 vəkilin fəaliyyətinin dayandırılaraq onların kollegiya üzvlüyündən xaric edilməsi üçün məhkəməyə müraciət olunmasına qərar verib.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bunlar vəkil Elxan Osmanov və Cavidan Osmanlıdır.

Rəyasət Heyətinin oktyabrın 1-də keçirilən iclasında onların fəaliyyəti dayandırılaraq kollegiya üzvlüyündən xaric edilməsi üçün məhkəməyə müraciət olunması qərara alınıb. pizza

Qeyd edək ki, vəkil Cavid Osmanlı 2023-cü ildə “Se Breeze”də baş verən kütləvi insident zamanı zərərçəkənlərdən biri olan Elnur Məmmədovun vəkili olub. 

Fəaliyyəti dayandırılan digər vəkil Elxan Osmanov isə Gəncə şəhər 1 saylı Vəkil Bürosunda işləyib.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью