İki yeni transfer “Qarabağ”ın əsas heyətində Elvin ehtiyatda

27.06.2026

Icma.az bildirir, Qol.az portalına istinadən.

İki yeni transfer “Qarabağ”ın əsas heyətində - Elvin ehtiyatda

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün yoxlama oyununda Avstriyanın Superliqa təmsilçisi “VSG Tirol” klubu ilə qarşılaşacaq.

QOL.az xəbər verir ki, Ağdam təmsilçisinin matç üçün heyəti müəyyənləşib. Əsas heyətdə "Qarabağ"ın iki yeni transferi Bruno Lanqa və Zakaria Savo da yer alıb.

Baş məşqçi Qurban Qurbanov meydana aşağıdakı “11-liy”i buraxacaq:

Əsas heyət: Mateuş Koxalski, Bədavi Hüseynov, Mateus Silva, Bruno Lanqa, Dani Bolt, Pedro Bikalyo, Marko Yankoviç, Coni Montiel, Zakaria Savo, Abdullah Zubir, Kamilo Duran.

Ehtiyat oyunçular: Şahruddin Məhəmmədəliyev, Bilal Hacıyev, Məhəmməd İmaməliyev, Jali Muaddib, Jeremi Qnali, Hikmət Cəbrayılzadə, Kadi Borjes, Musa Qurbanlı, Aleksey Kaşuk, Elvin Cəfərquliyev, Samuel Lobato, Renaldo Sefas, Bəhruz Qurbanlı, Əli Bəşirov, Mehdi Mütəllimli, Məhəmməd-Şahin Abbasov.

Qeyd edək ki, “VSG Tirol” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью