İki yeniyetmə itkin düşüb

04.11.2024

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda 16 yaşlı qız, Ağdamda isə 18 yaşlı oğlan itkin düşüb.

Gununsesi.info xəbər verir ki, Nizami rayonunda Fətəliyeva Zəhra Elşən qızı oktyabrın 23-ü yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib.

Zəhranın anası polisə verdiyi məlumatda qızının tanımadığı rəfiqəsinin evində ola biləcəyini deyib.

Ağdamda isə Məmmədov Zahid Hafiz oğlu üç gün əvvəl-oktyabrın 30-u itkin düşüb.

Hər iki məlumatla bağlı əməliyyat-axtarış işlərinə başlanılıb.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью