Icma.az, Medicina portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-ın Kaliforniya ştatındakı hava limanında Nəqliyyat Təhlükəsizliyi Administrasiyasının (TSA) əməkdaşları sərnişinin çamadanında gözlənilməz və bir şey aşkar ediblər.
Medicina.az xəbər verir ki, təhlükəsizlik yoxlaması zamanı onlar yaşıl rəngli yastıq üzü görüblər və əvvəlcə onun içində bir parça kəndir olduğunu zənn ediblər. Lakin "kəndir" hərəkət etməyə başlayıb və məlum olub ki, baqajda iki ilan gizlədilib; onlardan biri zınqırovlu ilan (rattlesnake) olub.
Hadisə yerinə gələn polis əməkdaşları çamadanın sahibini müəyyən ediblər. Həmin şəxs bildirib ki, bu sürünənlər onun ev heyvanlarıdır və o, əvvəllər də onları təyyarə ilə daşıyıb. Sonda sərnişin heyvanlarını çamadandan çıxararaq, onu hava limanına müşayiət edən qohumuna təhvil verib.
Kişinin heç bir qanunu pozmadığı müəyyən edildiyi üçün onun getməsinə icazə verilib.
Aygün Musayeva