İki Zukerberq məhkəməlik oldu

05.09.2025

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

“Facebook”un təsisçisinin adaşı ona sosial şəbəkədən istifadə haqsız olaraq qadağan olunduğundan şikayətçi olub. 

"Unikal" xəbər verir ki, ABŞ-dən olan hüquqşünas Mark Zukerberq səkkiz il ərzində "Facebook" səhifəsinin beş dəfə bloklanması ilə üzləşib. Bunun üzərindən o, reklamlar yerləşdirir və müştərilərlə ünsiyyət qururmuş.

Bununla belə, moderasiya sistemi onu "Meta" baş direktoru və platformanın qurucusu Mark Zukerberq kimi təqdim edən şəxs kimi qeyd edir.

Son bloklamadan sonra Mark Zukerberq "Facebook" quruucusu Mark Zukerberqə qarşı iddia qaldırıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью