İkinci bazarıq: BU SAHƏDƏ...

20.08.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycana 3,44 milyon ABŞ dolları dəyərində 1 236,8 ton diri qoyun və keçi idxal edib.

Bakıvaxtı.az Gürcüstan Milli Statistika Xidmətinə ("Geostat") istinadən xəbər verir ki, bu, ötən ilin ayı ilə müqayisədə dəyər baxımından 24 %, kəmiyyət olaraq isə isə 49,4 % çoxdur.

Bu ilin ilk 7 ayında ümumilikdə Gürcüstandan xaric ölkələrə 16,484 milyon ABŞ dolları dəyərində 4 157 ton diri qoyun və keçi ixrac edilib. Ümumi ixracın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfədən çox artıb.

Hesabat dövründə Gürcüstandan ən çox diri qoyun və keçi Səudiyyə Ərəbistanına ixrac olunub. Bu ölkəyə 5,64 milyon ABŞ dolları dəyərində 1 120 ton məhsul göndərilib.

Beləliklə, Azərbaycan hesabat dövründə Gürcüstandan diri qoyun və keçi ixracında həm əsas bazarlardan biri, həm də fiziki həcm baxımından ən böyük istiqamət olub.

İxracın dəyərinə görə İraq 3,28 milyon ABŞ dollarlı ilə üçüncü, Qətər 1,92 milyon ABŞ dollar ilə dördüncü, Küveyt 1,05 milyon ABŞ dollar ilə beşinci yerdə qərarlaşıb.

Bundan başqa, Gürcüstandan Liviya və Özbəkistana da diri qoyun və keçi ixrac edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью