Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ali təhsil müəssisələrində plan yerləri ötən il ilə müqayisədə artırılıb.
Bununla belə ötən gün 2-3 qruplar üçün keçirilən qəbul imtahanlarının çətin keçdiyi bildirilir.
Həm abituriyentlər, həm də bəzi təhsil ekspertləri hesab edirlər ki, dünənki imtahandakı suallar müəllimlərin işə qəbul imtahanlarındakı suallar səviyyəsində olub.
Əgər plan yerləri artırılıbsa, imtahan suallarının çətin salınması nə qədər düzgündür?
Redaktor.az-a danışan təhsil eksperti Elçin Əfəndi öncə qeyd etdi ki, plan yerlərində artım kəskin deyil: "Müraciət edən abituriyent sayı ilə mövcud plan yerlərini müqayisə etdikdə faktiki olaraq 70 mindən çox abituriyent müsabiqədən kənarda qalır.
İmtahanların çətin olması fikrinə gəldikdə, Dövlət İmtahan Mərkəzi tərəfindən proqramlar öncədən elan olunub.
Suallar da ciddi hazırlaşan abituriyent üçün demək olar ki, əlçatan idi.