İkinci dəfə evləndi, Tramp və Mask ailəsi ilə qatıldı Fotolar

05.02.2026

Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidentinin köməkçisi və Ağ Ev Prezident Kadrlar İdarəsinin direktoru Den Skavino ikinci dəfə evlənib.

Axşam.az xəbər verir ki, fevralın 1-də Florida ştatında Trampın şəxsi malikanəsində, məşhur Mar-a-Laqo iqamətgahında böyük və nüfuzlu şəxslərin iştirakı ilə zəngin toy mərasimi keçirilib.

Skavino Erin Elmor adlı hüquqşünas və ABŞ-nin Dövlət Departamentində səfirliklər üzrə sənət idarəsinin direktoru ilə nikah masasına əyləşib. 

Tədbirə qatılanlar arasında ABŞ Prezidenti Donald Tramp, onun ailə üzvləri Donald Con Tramp, İvanka Tramp və Tiffani Tramp, dünyanın ən zəngin iş adamı İlon Mask, onun 3 övladının anası Şivon Zilis, yüksək vəzifəli şəxslər, nazirlər və tanınmış siyasi simalar yer alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью