İkinci dəfə təqsirləndirilən qalmaqallı müğənni bir neçə dəfə ad soyad dəyişibmiş

23.01.2026

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, 23 debakr 2025-ci il tarixində Amnistiya Aktı nəticəsində azadlığa buraxılan müğənni Dəniz Əsədova yenidən məhkəmə qarşısına çıxarılmışdı.

Müğənni növbəti dəfə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 32.4.313-cü (vəzifə saxtakarlığına təhrik etmə), 32.311.3.3-cü ( təkrar, külli miqdarda rüşvət almağa təhrik etmə), 32.312.3.3 (rüşvət verməyə təhrik etmə), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) cinayətlərində təqsirli bilinir.

Bu dəfə də onunla bağlı yeni və maraqlı faktlar üzə çıxıb.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Dəniz Əsədova əvvəllər başqa ad-soyad daşıyıb.

Belə ki, Dəniz Əsədovanın “Dəniz Miriyeva”, “Dəniz Dostəliyeva” və “Aygün” kimi adlarda olduğu məlum olub.

Elmar

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью