Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Milli komandaların oyunları ilə bağlı Misli Premyer Liqasında yaranan fasilə başa çatır.
QOL.az xəbər verir ki, bu gün çempionatfa 2-ci dövrəyə - 12-ci tura start veriləcək.
İlk oyun günündə iki görüş keçiriləcək. Tura Yevlaxda start veriləcək. "Karvan-Yevlax" doğa meydanda "Kəpəz"i qabul edəcək. Bununla da, uzun illərdən sonra böyük futbol Yevlaxa qayıtmış olacaq. Oyun saat 14:00-da başlayacaq.
Günün digər matçında lider "Qarabağ" "Sumqayıt"ın qonağı olacaq. Azarkeşlərin maraqka gözlədiyi görüşün start fiti saat 19:00-da veriləcək.
21 noyabr (cümə)
14:00. “Karvan-Yevlax” – “Kəpəz”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Rəşad Əhmədov
AVAR: Namiq Hüseynov
Yevlax şəhər stadionu
19:00. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Kamran Əliyev
VAR: Kamal Umudlu
AVAR: Akif Əmirəli
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
22 noyabr (şənbə)
15:00. “Araz-Naxçıvan” – “Turan Tovuz”
17:30. “Zirə” – “Qəbələ”
23 noyabr (bazar)
15:00. “Sabah” – “Şamaxı”
17:30. “Neftçi” – “İmişli”
Bombardirlər:
Ba-Muaka Simakala ("Araz-Naxçıvan") - 6 qol
Coy-Lens Mikels ("Sabah") - 6 qol
Bassala Sambu ("Neftçi") - 4 qol
Aleksandr Ramalinqom ("Sumqayıt") - 4 qol