İkinci Dünya müharibəsi bombası Dunayda yoxa çıxıb

11.08.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Budapeşt, 11 avqust, AZƏRTAC

Budapeştdə İkinci Dünya müharibəsindən qalma bomba ilə bağlı maraqlı hadisə baş verib.

AZƏRTAC xəbər verir ki, Dunayın paytaxt ərazisindən keçən hissəsində aşkar edilən aviasiya bombası sonradan çayın dibində yoxa çıxıb.

Məlumata görə, partlayıcı qurğu əvvəlcə dalğıclar tərəfindən müəyyən edilib və onun təhlükəsiz şəkildə çıxarılması planlaşdırılıb. Lakin çayda suyun səviyyəsinin dəyişməsi və güclü axın nəticəsində bomba əvvəlki yerində tapılmayıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar axtarış tədbirlərinə başlayıblar.

Macarıstanın paytaxtında İkinci Dünya müharibəsi dövründən qalan partlamamış sursatların aşkarlanması nadir hal deyil. Ölkənin hərbi mütəxəssisləri belə qurğuların zərərsizləşdirilməsi zamanı təhlükəsizlik tədbirlərinin ciddi şəkildə qorunmasının vacibliyini bildirirlər.

Dunayda aparılan axtarışların nəticələri barədə əlavə məlumat veriləcəyi gözlənilir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью