İkinci Dünya Müharibəsi iştirakçısı 103 yaşında vəfat etdi

10.12.2024

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Yevlax rayonundan olan 103 yaşlı ikinci Dünya Müharibəsi iştirakçısı dünyasını dəyişib.

"Unikal"ın məlumatına görə, 1921-ci ildə Xaldan qəsəbəsində doğulan Abdullayev Abdulla Hacı oğlu 1941-1945-ci illərdə Sovet qoşunlarının tərkibində döyüşüb.

Müharibədən sonra doğulduğu Xaldan qəsəbəsində yaşayan  Abdulla Abdullayev 103 yaşında vəfat edib.

Ehtiram Muradov


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью