“İkinci Dünya Müharibəsində qələbə daha çox Amerika hərbçilərinin hesabına olub”

08.05.2025

Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“İkinci Dünya Müharibəsində nasist Almaniyası üzərində qələbə daha çox Amerika hərbçilərinin hesabına olub”. 

Missiya.Az “Washington Times”a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

O bildirib ki, müttəfiqlərimiz İkinci Dünya Müharibəsində nasist Almaniyası üzərində qələbəni qeyd edir, lakin Birləşmiş Ştatlar heç vaxt öz bayramlarımızı layiqincə qeyd etməyə qoşulmayıb.

Onun sözlərinə görə, müharibədə qələbə böyük ölçüdə Amerikanın olub.

“İstəsəniz də, istəməsəniz də, biz bu müharibəyə girdik və bu müharibədə qalib gəldik”, - deyə Tramp vurğulayıb.

Amerika lideri əlavə edib ki, 80 il əvvəl düşməni məğlub edən Amerika tankları, gəmiləri, yük maşınları, təyyarələri və hərbçiləri olub.

"Amerika olmasaydı, azadlıq heç vaxt baş verməzdi", - deyə Tramp əlavə edib.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью