İkinci əl avtomobil idxalında ciddi artım Yapon maşınları çoxdur

06.06.2025

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mayda Rusiyaya 17 800 təzə avtomobil idxal edilib. 

Avtosfer.az xəbər verir ki, məlumatı “Avtostat” yayıb. Bildirilir ki, 2024-cü ilin mayı ilə müqayisədə azalma 74 faizdir. Maşınların 70 faizdən çoxu Çin istehsalıdır.

Bunun əksinə, işlənmiş avtomobil idxalında 37 faiz artım müşahidə olunur. Ötən ay Federasiyaya 37 100 ədəd işlənmiş maşın gətirilib. İkinci əl avtomobil idxalında əsas yeri

Yaponiya (46 faiz) və Koreya (25 faiz) tutur. İşlənmiş Avropa avtomobillərinin də üçüncü ölkələr vasitəsi ilə idxalı davam edir. 

Bu da bir daha göstərir ki, rusiyalı istehlakçılar təzə Çin və Rusiya avtomobilləri əvəzinə işlənmiş Yaponiya, Koreya və Almaniya avtomobilləri almağı tərcih edirlər.

Vüqar Yaşaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью