Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"İkinci əl avtomobillər o zaman əlavə dəyər vergisindən (ƏDV) azad edilə bilər ki, avtomobillərin yürüş məsafəsi geri çəkilməsin. Azərbaycanda geniş yayılmış ən böyük problemlərdən biri ikinci əl avtomobillərin yürüşünün geri çəkilməsidir. Təəssüf ki, heç bir dövlət qurumu bu prosesi tam nəzarətdə saxlaya bilmir. Bu işi həyata keçirən qruplar, vasitəçilər və xüsusi kompüter proqramları mövcuddur və bunun qarşısı alınmalıdır".
Bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.
O bildirib ki, ikinci əl mallar ümumiyyətlə risklidir:
"Dünyada istehlakçı hüquqlarının qorunması ilə bağlı aparılan təhlillərdə ən çox şikayət olunan sahələrdən biri də ikinci əl mallardır. Avtomobillər də bu kateqoriyaya daxildir.
Bu vəziyyət fərdi sahibkarlar və ikinci əl avtomobil satan şəxslər tərəfindən sui-istifadə hallarını artırır və nəticədə istehlakçılar ciddi problemlərlə qarşılaşır. Demək olar ki, hər ay vətəndaşlardan belə zənglər daxil olur: ikinci əl avtomobil alıblar, lakin avtomobil tez-tez xarab olur və aldanıldıqlarını bildirirlər".
Ekspert deyib ki, mütləq şəkildə müstəqil ekspertiza mərkəzi yaradılmalıdır:
"Bu mərkəz həm müstəqil olmalı, həm də fəaliyyəti şəffaf şəkildə təşkil edilməlidir ki, vətəndaşlar ikinci əl avtomobil alarkən həmin mərkəzə müraciət edib avtomobilin texniki vəziyyəti, xüsusən də yürüşünün geri çəkilib-çəkməməsi barədə rəsmi məlumat ala bilsinlər. Bu, çox vacib bir addımdır".
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən avtomobil dilerləri və distribütorları satdığı işlənmiş avtomobillərin əlavə dəyər vergisindən (ƏDV) azad olunmasını istəyirlər.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.