“İkinci hissədə oyunun gedişatını tamamilə dəyişdik” Kurban Berdiyev

12.04.2025

Icma.az xəbər verir, Idmanxeber.az saytına əsaslanaraq.

“Turan Tovuz” Misli Premyer Liqasının 30-cu turu çərçivəsində doğma meydanda “Sabah”ı 2:1 hesabı ilə məğlub edib.

İdmanxeber.az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Düşünürəm ki, layiqli qələbə qazandıq. Matça yaxşı başlamamışdıq. İkinci hissədə oyunun gedişatını tamamilə dəyişdik.

– Qırmızı vərəqə gördüyünüz epizodu necə şərh edərdiniz?

– Karyeramda ilk qırmızı vərəqə idi. Emosiyalar var idi. Bu cür davranmalı deyildim. Rəqibin hücumçuları Hurtadoya qarşı açıq ayaqla oynayırdılar. Amma hakim səssiz qalırdı.

– Bu qələbə komandaya əlavə motivasiya verə bilər?

– Buna ümid edirəm. Üzərimizdə psixoloji təzyiq var idi. Bu qələbədən sonra təzyiqin aradan qalxdığını düşünürəm.

– Oyunu tribunadan izlədiniz. Komandanın oyunu oradan necə görünürdü?

– İkinci hissədə 4 müdafiəçiyə keçdik və Jonu irəliyə buraxdıq ki, orada təzyiq etsin. Bu da işə yaradı. Tribundan baxmağa gəlincə, bir daha oyunu oradan izləmək istəmərəm.

– Sizin üçün avrokuboklara getmək üçün çempionatda 3-cü olmaq realdır, yoxsa “Qarabağ” və ya “Araz-Naxçıvan”ın kuboku qazanmasına ümid etmək?

– Biz heç kimdən asılı olmaq istəmirik. Oyundan oyuna hazırlaşırıq. Kiminsə uğursuzluğuna yox, öz oyunumuza köklənirik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью