İkinci Liqa klubu tanınmış mütəxəssisi baş məşqçi postuna gətirdi RƏSMİ

02.04.2025

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İkinci Liqa təmsilçisi "Araz Saatlı"nın yeni baş məşqçisi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb. 

Tanınmış mütəxəssis Asim İbrahimovla növbəti mövsümün sonuna qədər müqavilə imzalanıb. 

O, bir neçə gün əvvəl istefa verən Şəhriyar Məmmədovu əvəzləyib.

İbrahimov əvvəllər Azərbaycanda MOİK, “Qaradağ Lökbatan”, “İnter”, “Turan” və “Neftçi”də çalışıb. O, həmçinin, Ukrayna, Türkiyə və son olaraq Moldova klublarında da məşqçilik edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью