Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Azərbaycan II Liqasında 22-ci turun oyunları start götürüb.
Fanat.Az xəbər verir ki, bu gün 4 görüş baş tutub. Lider "Şahdağ Qusar" "Ağdaş" üzərində inamlı qələbə qazanıb.
Qusarlıların ən yaxın izləycisi "Şəfa" isə növbəti darmadağın reallaşdırıb. Paytaxt təmsilçisi "Göygöl"ün qapısından 6 cavabsız top keçirib.
"Haypers Quba" Qusar səfərindən 3 xalla dönüb. "Dinamo" – "Şəki Siti" matçında isə qalib müəyyənləşməyib.
Azərbaycan II Liqası 22-ci tur 22 aprel Qusar – Haypers Quba 2:4 Qollar: Ş.Vəlizadə, 50. Ə.Məmmədli, 66 - C.İmamverdiyev, 23-pen.
R.Qurbanov, 58; 77. A.Həşimli, 62. Dinamo – Şəki Siti 1:1 Qollar: Ə.İsayev, 71-pen. - Ə.Tağızadə, 8.
Şəfa – Göygöl 6:0 Qollar: E.Hüseynzadə, 8; 55. E.Nəsibov, 22; 35. C.Baxşəliyev, 67. E.Cəfərov, 77.
Şahdağ Qusar – Ağdaş 3:1 Qollar: F.Camalov, 45; 59. E.Quliyev, 88 - E.İsmayılov, 54.