İkinci Liqa: Şəmkir Şimal la bacarmadı

23.04.2025

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan II Liqasında 22-ci tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, son gündə 3 matç baş tutub. 

"Araz Saatlı" ilə "Füzuli"nin duelində qonaq komanda əzmkar qələbə qazanıb. "Şəmkir" "Şimal"a uduzaraq "Haypers Quba"nı özündən irəli buraxıb. "Kür-Araz" - "Lerik" qarşılaşmasında azarkeşlər 6 qola şahid olublar. Sevinən tərəf meydan sahibləri olub.

Qalan oyunların nəticələri:

Qusar – Haypers Quba 2:4
Dinamo – Şəki Siti 1:1
Şəfa – Göygöl 6:0
Şahdağ Qusar – Ağdaş 3:1

Azərbaycan II Liqası
22-ci tur
23 aprel

Araz Saatlı – Füzuli 1:2
Qollar:
E.Xəlilli, 40 - K.Məmmədov, 42. E.Abbaslı, 49.

Şimal – Şəmkir 1:0
Qol:
T.Nəsibov, 33.

Kür-Araz – Lerik 4:2
Qollar:
E.Məmmədov, 13; 30. B.Əliyev, 26; 60 - Z.Nuruzadə, 53. R.Quluzadə, 56.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью