İkinci Liqa: Tur mərkəzi oyunla start götürür

07.09.2026

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Azərbaycan 2-ci Liqasında 2-ci tur start götürür.

Fanat.Az xəbər verir ki, ilk gündə 2 matç baş tutacaq.

Tur mərkəzi oyunla başlayacaq. Çempionluğa iddialı iki komanda - "Qaradağ Lökbatan" ilə "Şirvan" birincilərin meydanında üz-üzə gələcəklər. Günün digər qarşılaşmasında isə "Ağdaş" "Şəmkir"i qonaq edəcək. 
Qeyd edək ki, "Şirvan" ilk turda "Kür-Araz"ı 6:1, "Qaradağ Lökbatan" isə "Hypers"i 2:1 hesabı ilə məğlub edib.

İki günə sığacaq turun daha 4 oyunu (“Dinamo” – “Zəngəzur”, “Marafon” –“Difai”, “Kür-Araz” – “Şəki”, “Hypers” – “Ağstafa Gəncləri”) sabah keçiriləcək.

Azırbaycan 2-ci Liqası
2-ci tur
7 sentyabr 

16:00. “Qaradağ Lökbatan” – “Şirvan”
Hakimlər: Nəriman Ağayev, Hüseyn Vəliyev, Təhmin Cəlilbəyli, Samir Musayev
Hakim-inspektor: İmanxan Sultani
Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu.

16:30. “Ağdaş” – “Şəmkir”
Hakimlər: Rasim Musayev, Ruslan Məmmədov, İlkin Mustafazadə, İlqar Əhmədov
Hakim-inspektor: Munis Abdullayev
Ağdaş. Şəhər stadionu. 

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью