Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan 2-ci Liqasında mövsüm bu gün başlayır.
Fanat.Az xəbər verir ki, çempionatın açılış oyunu Zaqatalada baş tutacaq.
Adını dəyişərək "Şəki" adlanacaq "Şəki Siti" "Ağdaş"ı qəbul edəcək. Oyun saat 16:00-da başlayacaq.
Bu gün daha iki oyun keçiriləcək ki, "Qaradağ Lökbatan" "Haypers"i, "Şirvan" isə "Kür-Araz"ı sınağa çəkəcək.
Qeyd edək ki, turun qalan 3 oyunu sabah keçiriləcək.
2-ci Liqa
1-ci tur
1 sentyabr
“Şəki” – “Ağdaş”
Hakimlər: Samir Musayev, Ağadur Mahmudov, Elvin Mədətov, Elçin Abdullayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu. 16:00.
“Qaradağ Lökbatan” – “Hypers”
Hakimlər: Nahid Xasıyev, Rizvan Süleymanov, Təhmin Cəlilbəyli, Nəriman Ağayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu, 17:00.
“Şirvan” – “Kür-Araz”
Hakimlər: Kamil Aydınov, Ruslan Məmmədov, Samir Cabbarov, Sənan Bayramzadə.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Şirvan. Olimpiya İdman Kompleksinin stadionu, 17:00.