İkinci Liqanın debütantının rəqibi müəyyənləşdi

19.08.2025

Fanat saytına istinadən Icma.az xəbər verir.

Növbəti mövsüm 2-ci Liqada çıxış edəcək "Şirvan" çempionata hazırlıq çərçivəsində yoxlama oyunu keçirməyi planlaşdırır.

Fanat.Az-ın əldə etdiyi bilgiyə görə, debütant həftəsonu 2-ci Liqanın digər təmsilçisi "Araz-Saatlı" ilə gücünü sınayacaq.

Tərəflər bazar günü Saatlıda görüşməyi razılaşdırıblar. Oyunun saatı hələ dəqiqləşməyib.

Qeyd edək ki, "Şirvan" Region Liqasında ikincilik qazanaraq pley-off mərhələsində "Lerik"ə 3:2 hesabı ilə qalib gəlib 2-ci Liqaya vəsiqə əldə edib. 

Mirağa

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью