İkinci Liqanın oyunları təxirə salındı

21.02.2025

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan II Liqasında XIV turun oyunları hava şəraitinə görə təxirə salınıb.

Fanat.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Davam edəcəyi proqnozlaşdırılan qarlı hava səbəbindən fevralın 24-25-də keçirilməsi nəzərdə tutulan görüşlər 27, 28 fevral və 1 mart tarixlərində baş tutacaq.

Oyunların təqvimi və başlama saatları ilə bağlı əlavə məlumat veriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью