Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 20-də beynəlxalq biznes nümayəndələri ilə görüşdə səsləndirdiyi fikir diqqət çəkir.
Neft hasilatını sabitləşdirmək, hətta artırmaq planlarından və “ikinci mühüm neft bumu” ehtimalından danışmaq sadəcə optimist ritorika yox, dövlətin enerji gündəmində mümkün dönüş nöqtəsinə işarədir.
Sual isə açıqdır: bu, nə qədər realdır və Azərbaycan üçün nə deməkdir?
İkinci neft bumu deyəndə çoxları avtomatik olaraq 2000-ci illərin ortalarını xatırlayır: sürətlə artan hasilat, yüksək qiymətlər, dövlət gəlirlərində kəskin sıçrayış.
Lakin bugünkü reallıq fərqlidir. Əgər ikinci neft bumu baş verərsə, bu, klassik kütləvi bum yox, texnoloji və seçici artım mərhələsi olacaq.
Prezidentin bu mövzuda açıq danışması bir neçə məqama işarə edir.
Birincisi, Azərbaycanda beynəlxalq enerji şirkətləri tərəfindən aparılan kəşfiyyat layihələrinin nəticələri müəyyən ümid yaradır.