İkinci Opera Günləri davam edir

29.06.2026

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

II Opera Günləri layihəsi çərçivəsində Kamera və Orqan Musiqisi Zalında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist İlham Nəzərovun solo konserti olub.

525.az-a Teatrdan bildirilib ki, konsert proqramında dünya və Azərbaycan klassik musiqisinin seçilmiş inciləri səsləndirilib.

Tədbirdə çıxış edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə solistin zəngin yaradıcılıq yolu və sənət nailiyyətləri haqqında tamaşaçılara ətraflı məlumat verib.

Gecədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Fəridə Məmmədova da çıxış edib. Konsertdə solistləri Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edib.

II Opera Günləri layihəsi iyunun 30-da Cüzeppe Verdinin “Otello” operasının premyerası ilə yekunlaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью