Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyalı model Anastasiya Reşetovanın ikinci övladı olacaq.
Axşam.az xəbər verir ki, 30 yaşlı model bunu jurnal üçün çəkdirdiyi fotosessiya ilə açıqlayıb.
"Həyatımın ən təsirli və vacib anını sizinlə bölüşmək istəyirəm. Tezliklə ikinci dəfə ana olacağam" deyə, o, paylaşımında yazıb.
Qeyd edək ki, model 2026-cı ilin əvvəlində nişanlandığını, daha sonra isə gizli toy etdiyini açıqlayıb. Onun sevgilisinin 33 yaşlı iş adamı Vladislav Abramyan olduğu bildirilir. O, erməni əsilli milyonçu Ara Abramyanın oğludur.
Reşetovanın reper Timati ilə münasibətindən Ratmir adlı oğlu var. Cütlük 2020-ci ildə ayrılıb.