Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyalı model Anastasiya Reşetova iş adamı Valeri Tsvəklə gizli ailə qurub.
Axşam.az xəbər verir ki, bu barədə “Super” nəşri məlumat yayıb. Bildirilib ki, cütlük ötən gün Barvixada rəsmi nikah bağlayıb. Mərasimdə Anastasiyanın oğlu Ratmir də iştirak edib.
Nəşrin məlumatına görə, toy mərasimi bir neçə dəfə təxirə salınıb. Buna səbəb modelin səhhətində yaranan problemlər olub. Belə ki, Reşetova hamiləlik dövründə toksikozdan əziyyət çəkir.
Qeyd edək ki, model 2026-cı ilin əvvəlində nişanlandığını, daha sonra isə gizli toy etdiyini açıqlayıb. Onun sevgilisinin 33 yaşlı iş adamı Vladislav Abramyan olduğu bildirilib. O, erməni əsilli milyonçu Ara Abramyanın oğludur.
Model hamilə olduğunu qəfil açıqladıqdan sonra uşağın atasının kimliyi ilə bağlı müxtəlif iddialar ortaya atılıb. Model hamilə qalmamışdan əvvəl Abramyanla münasibətlərinə son qoyduğunu açıqlayıb.
Reşetovanın reper Timati ilə münasibətindən Ratmir adlı oğlu var. Cütlük 2020-ci ildə ayrılıb.