İkinci övladını dünyaya gətirməyə hazırlaşan ana fəryad edir: Balamı itirməkdən çox qorxuram

07.06.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

11 aylıq Narinin sizin köməyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Zəhra Abaslı məlumat verib.

O bildirib ki, övladı ağır yanıq xəsarətləri alıb:

"Biz otaqda yoxkən Narin iməkləyərək çaydana yaxınlaşıb və bütün qaynar çaydanı üzərinə axıdıb. Biz Bakıda xəstəxanalardan birində müalicə alsaq da, pulumuz olmadığı üçün müalicəni yarımçıq qoyub çıxdıq. Hazırda evdə müalicə etməyə çalışırıq. Amma Narinin sarğılarını belə dəyişmək üçün pul tapmırıq. Özüm hazırda hamiləyəm. İkinci övladımı dünyaya gətirməyə hazırlaşıram. Narinin vəziyyəti ağır olduğu üçün pul tapmağa çalışdıq. Amma borc verən olmadı. Sarğılarını belə dəyişə bilmirik. Xalqımdan xahiş edirəm, balama kömək olsunlar. Balamı itirməkdən qorxuram. Bizə ilkin xərclərin qarşılanması üçün 800 manat lazımdır".

Əlaqə nömrəsi: 0553024226

Unibank: 5243 7544 4435 8491

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью