İkinci sarı vərəqə ucuz qərar idi Elmar Baxşıyev

18.04.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 31-ci turunda "Turan Tovuz"la 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. 

QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: 

"Ağır oyun alındı. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Bizi nəyin gözlədiyini bilirdik və hazırlıq zamanı rəqibin üstün cəhətlərini bildirmişdik. Heç-heçə oynadıq, aktivimizə daha bir xal əlavə etdik. Həyətimizdə zədəli futbolçular çox olduğuna görə, rotasiya edə bilmirik".
Mütəxəssis futbolçusu Vanderson Meloya görüşün 77-ci dəqiqəsində göstərilən qırmızı vərəqə haqda da söz açıb: "Vandersona göstərilən ikinci sarı vərəqə, məncə, "ucuz" qərar idi. Bu görüşü unudub qarşıdakı oyunlara hazırlayacağıq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью