“İkinci təhsil ödənişli əsaslarla həyata keçirilməlidir”

26.01.2026

Icma.az, Gununsesi saytına istinadən bildirir.

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilir.

Məsələ Milli Məclisin Elm və təhsil komitəsinin yanvarın 22-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Bildirilib ki, “Təhsil haqqında” Qanuna əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqları dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Gununsesi.info-ya danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli bildirib ki, ikinci təhsil ödənişli əsaslarla həyata keçirililməlidir.

“Bu sosial cəhətdən həssas qruplara, o cümlədən valideyn himayəsindən məhrum olmuş və digər xüsusi kateqoriyalara aid ola şəxslərə dəşamil olunur.

Sözügedən müddəada hüquqi çərçivə dəqiqləşdirilir və konkret olaraq söhbətin Azərbaycan Respublikasının ərazisində həyata keçirilən təhsildən getdiyi vurğulanır”,-deyə deputat əlavə edib.

Onun sözlərinə görə, məhz bu səbəbdən qanuna “Azərbaycan Respublikası” ifadəsi əlavə edilib. Çünki xaricdə təhsillə bağlı məsələlər müvafiq dövlət proqramları çərçivəsində tənzimlənir.

Qeyd edək ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin hər bir təhsil pilləsi üzrə təhsil haqqı yalnız bir dəfə dövlət tərəfindən ödənilir.

Şəbnəm

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью