İkinci yarıdakı oyunumuzdan razı qaldım Kurban Berdiyev

21.12.2024

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

Misli Premyer Liqasının 18-ci turunda evdə "Neftçi" ilə heç-heçə edən (1:1) "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, 72 yaşlı mütəxəssis belə danışıb:

"İki fərqli hissə izlədik. İkinci yarıda daha fəal və aqressiv göründük. İkinci yarıdakı oyunumuzdan razı qaldım. Meydandakı futbolçular inamla mübarizə apardıqları üçün əvəzləmələrə xüsusi ehtiyac olmadı.

Sona yaxın Milleri meydana buraxdım. Zədəsi var idi. Onunla əvvəldən danışmışdım. Bir neçə dəqiqə oynaya biləcəyindən xəbərdar idi. 

Ayxan Hüseynovu niyə oynatmıram? Xüsusi səbəb yoxdur. Onun mövqeyindəki oyunçu yaxşı çıxışla diqqət çəkirsə, niyə əvəzləyim?"

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью