“İkinci yer hədəf deyil, məqsədimiz çempionluqdur”

17.12.2024

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Azərbaycan I Liqasında I dövrəyə yekun vurulub.

“İmişli” 9 turdan sonra 17 xalla 3-cü sırada qərarlaşıb. Klubun İdarə Heyətinin sədri Aqşin Mürsəlov “FutbolPress”ə açıqlamasında dövrəni dəyərləndirdi:

“Düzü, nəticələr qane etmədi. Düşünürdük ki, daha yaxşı vəziyyətdə və çox xal toplayaraq bitirərik. Qış fasiləsinə kimi iki oyun var. Bunlardan sonra komandamızın mövqeyi bilinəcək. Heyətimizi daha gücləndirməyə çalışacağıq. Üçüncü yerdəyik və “Karvan”la iki xal fərqimiz var. Bizimçün ikinci yer hədəf deyil, məqsədimiz çempionluqdur. “Mingəçevir”lə matçda xal itirməyimiz yaxşı olmadı, oyunumuz alınmadı. Heyətdə itkilərimiz var idi. Həm də meydançanın bərbad vəziyyətdə olması oyunumuza mane oldu. Yaxşı heyət qurmuşuq və inanıram ki, qışdan sonra azarkeşlərimiz fərqli komanda görəcək”.

Mütəxəssis komandanın çempionluq yolundakı əsas rəqiblərini açıqladı:

“Karvan”, “Qəbələ”, “Zaqatala” güclü rəqiblərdir və çempionluğa oynayır. Digər komandalar da ciddi rəqiblərdir, ancaq çempionluğa oynadıqlarını düşünmürəm. Maraqlı çempionat keçir. Kimin nə vaxt xal itirəcəyi, büdrəyəcəyi bilinmir”.

Əsas xəbərlər, Ölkə futbolu Tovuzda “11-lik”lər açıqlandı

4 Dekabr 2024, 15:22

Əsas xəbərlər, MEDİA “Uşaq futbolunda problemlər qaçılmazdır”

1 Dekabr 2024, 20:02

Əsas xəbərlər, Ölkə futbolu Bölgə klubunun rəsmisi: “Əzmkar komanda yarada bilmişik”

13 Noyabr 2024, 15:49

Əsas xəbərlər, Ölkə futbolu “Zaqatala” “İmişli”yə uduzdu, “Baku Sportinq”dən səfər qələbəsi

8 Noyabr 2024, 16:10

Əsas xəbərlər, Ölkə futbolu “İmişli”yə seminar keçirildi

27 Oktyabr 2024, 12:24

Əsas xəbərlər, Ölkə futbolu “Qəbələ”dən növbəti xal itkisi

26 Oktyabr 2024, 19:55

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью