İkiqat İngiltərə çempionu da Mahir Emreli ilə maraqlanır EKSKLÜZİV

10.06.2025

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İngiltərənin daha bir klubu Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə maraqlanır. Sport24.az-ın əldə etdiyi məlumata görə, bu, hazırda Çempionşipdə çıxış edən "Derbi Kaunti"dir.
1971/1972 və 1974/1975 mövsümündə İngiltərə çempionu olmuş komanda 27 yaşlı hücumçunu yaxından izləyir.
Bundan əlavə, bu ölkənin "Hul Siti" klubu da Emreliyə təklif göndərib. Lakin forvard hazırda Almaniyada qalmağa üstünlük vermək niyyətindədir. Onun 1-2 həftə ərzində qərar verəcəyi gözlənilir.
Qeyd edək ki, Mahir Emreli son olaraq Almaniyada "Nürnberq"in formasını geyinib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью