İkiqat İngiltərə çempionu Premyer Liqa klubunda RƏSMİ

12.06.2026

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Futbol üzrə İrlandiya millisinin sabiq yarımmüdafiəçisi Demyen Daff İngiltərə Premyer Liqasında işləyəcək. 

Fanat.Az xəbər verir ki, o, "Brentford"un baş məşqçisi Kit Endryusun köməkçisi olacaq.

Məlumatı "arılar"ın mətbuat xidməti yayıb.

Futbolçu olduğu dönəmdə "Çelsi"nin heyətində iki dəfə İngiltərə çempionu olan 47 yaşlı mütəxəssis karyerasını 10 il əvvəl bitirib. Daff məşqçi qismində Şotlandiya "Seltik"ində və İrlandiya millisində də özünü sınayıb. O, 2021-2025-ci illərdə çalışdırdığı İrlandiya "Şelburn"unu 2024-cü ildə çempionluğa daşıyıb.

Toğrul

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью