İkiqat Olimpiya çempionu Bakıda rəqibləri ilə bir arada

17.02.2025

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Cüdo üzrə ikiqat Olimpiya çempionu Şohey Ono Bakıda keçirilən “Böyük Dəbilqə”nin fəxri qonağı olub.

İdman.biz xəbər verir ki, paytaxtımızda komandaların məşqini də izləyən məşhur yaponiyalı yarışın ən titullularından hesab edilir.

Üçqat dünya çempionu olan Ono 73 kq çəkidə mübarizə apardığı Azərbaycan cüdoçuları - Olimpiya çempionu Hidayət Heydərov, gümüş mükafatçı Rüstəm Orucovla da xatirə şəkli çəkdirib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью