İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı

03.12.2024

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İkiqat Olimpiya çempionu, velosipedçi Remko Evenepul qəzaya uğrayıb.

Sfera.az xəbər verir ki, o, ölkəsi Belçikada məşq zamanı mikroavtobula toqquşub.

24 yaşlı idmançı çiynindən və qolundan ciddi xəsarət alıb.

Qeyd edək ki, R.Evenepul Fransada keçirilən Paris 2024 Yay Olimpiya Oyunlarında fərdi və qrup yarışlarında qızıl medal qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью