İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğrayıb

03.12.2024

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

İkiqat Olimpiya çempionu, velosipedçi Remko Evenepul qəzaya uğrayıb.

Bakıvaxtı.az "Cycling News"a istinadən xəbər verir ki, o, ölkəsi Belçikada məşq zamanı mikroavtobula toqquşub.

24 yaşlı idmançı çiynindən və qolundan ciddi xəsarət alıb.

Qeyd edək ki, R.Evenepul Fransada keçirilən Paris 2024 Yay Olimpiya Oyunlarında fərdi və qrup yarışlarında qızıl medal qazanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью