Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiyanın "Kuban" klubunun sabiq futbolçusu və məşqçisi Xəmzə Baqapov vəfat edib.
Fanat.Az xəbər verir ki, məlumatı Krasnodar diyarı təmsilçisinin mətbuat xidməti yayıb.
O, 86 yaşında dünyasını dəyişib.
Baqapov ikiqat Rusiya çempionudur: 1962-ci ildə "Kuban" komandasının oyunçusu, 1987-ci ildə isə məşqçisi kimi turnirin qalibi olub.
O, “Kuban”dan başqa, “Avtomobilist” (Nalçik), “Torpedo” (Yeysk), “Dnepr” (Çerkassı) klublarında çıxış edib. O, həmçinin "Ximik" (Beloreçensk), "Kolos" (Krasnodar), "Torpedo" (Armavir) komandalarını çalışdırıb.